“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev
Əsas səhifəXəbərlər

Xəbərlər

Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib

News Image

Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib

Sentyabrın 8-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Xaçmaz rayonunda yerləşən “Təhsil” İstirahət Mərkəzində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib.

Tədbir Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə sentyabrın 7-dən 12-dək “Təhsil” İstirahət Mərkəzində keçirilən tələbə düşərgəsi çərçivəsində təşkil olunub.

Görüşdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru vəzifəsini icra edən Fərid Babayev, Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Azərbaycan Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, Bakı Avrasiya Universitetinin rektoru Siyavuş Qasımov və 700 -ə yaxın ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələri iştirak ediblər.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə giriş sözü ilə çıxış edərək tədbirin məqsədi və “Şəhərsalma və Memarlıq İli”nin əhəmiyyəti barədə məlumat verib.

Daha sonra Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev qonaqlara AHİK rəhbərliyinin səmimi salamlarını çatdırıb və son illərdə həmkarlar hərakatında görülən işlərdən danışıb. İl ərzində komitə tərəfindən həyata keçirilən yay və qış düşərgələri, forumlar, intellektual yarışlar, idman tədbirləri, təlimlər, ekskursiyalar, mədəni proqramlar, könüllülük təşəbbüsləri və sosial layihələrin məhz bu məqsədə xidmət etdiyini diqqətə çatdırıb.

ETİHİ Respublika Komitəsinin sədri onu da vurğulayıb ki, qarşıdakı illərdə bu cür düşərgələr ixtisasyönümlü olacaq və tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi istiqamində daha innovativ layihələr həyata keçiriləcək. 

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan tədbirin əsas məruzəçisi Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, memarlıq doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar memarı Gülçöhrə Məmmədova şəhərsalma və memarlığın gələcəyi, müasir şəhər mühitinin formalaşdırılmasında yeni yanaşmalar və bu sahədə gənc mütəxəssislərin rolu barədə fikirlərini bölüşüb. Rektor çıxışında şəhərsalma və memarlıq sahəsində keyfiyyətli mütəxəssis hazırlığının vacibliyinə diqqət çəkib, tələbələri yeni biliklərə yiyələnməyə və yaradıcı düşüncəyə təşviq edib. Professor Gülçöhrə Məmmədova gənclərin gələcəkdə ölkənin şəhərsalma və memarlıq mühitinin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı öz çıxışında  Azərbaycan Həmkarlar İttifaqları Konfedrasiyasına tələbələr üçün yaradılmış şəraitə görə təşəkkürünü bildirərərək son illər peşə təhsilinə gənclərin marağının əvvəlki illərə nisbətən daha çox olmasından həmçinin peşə təhsili müəssiələrində yüksək ixitsaslı texniki mütəxəssislərin hazırlanmasından bəhs edib. 

Daha sonra qonaqlar “Təhsil” İstirahət Mərkəzində ittifaq üzvilərinə yaradılmış şəraitlə tanış olublar. Sonda tələbələrlə ali təhsil müəssisələrinin rəhbərləri xatirə fotosu çəkdiriblər.

Qeyd edək ki, düşərgə çərçivəsində tələbələr üçün intellektual yarışlar,futbol, voleybol, şahmat yarışları, foto və film müsabiqələri keçiriləcək.

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar

News Image

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar


Bolqarıstanın Albena şəhərində keçirilən Müəllimlərin XXII Yay İdman Oyunlarına yekun vurulub.


Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirak etdiyi beynəlxalq yarışlarda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) təmsilçiləri uğurlu nəticələr əldə ediblər.


ETİHİ təmsilçiləri yarışları 4 birincilik və 2 üçüncülük olmaqla, ümumilikdə 6 mükafatla başa vurublar.


Mini-futbol üzrə komandamız final görüşündə Polşa təmsilçisini 5:4 hesabla məğlub edərək turnirin qalibi olub.


Stolüstü tennis üzrə komanda yarışlarında qadınlardan ibarət komandamız 1-ci, kişilərdən ibarət komandamız isə 3-cü yeri tutub.


Qadınlar arasında stolüstü tennis üzrə fərdi yarışda Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Rüfət Əliyeva 1-ci, Xətai rayonu 56 saylı tam orta məktəbin müəllimi Xəyalə Qiyasova isə 3-cü yeri tutub. Şahmat üzrə fərdi yarışda isə Şəmkir rayonu Kimya və Biologiya Təmayüllü Liseyinin müəllimi Bünyad Əsgərov 1-ci yerə layiq görülüb.


Sonda qaliblər Bolqarıstan Müəllimlər Birliyinin prezidenti Yanka Takeva, Bolqarıstan Müstəqil Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Todor Kapitanov, Bolqarıstan İşçilərinin İdman və Sağlamlıq Federasiyasının prezidenti, İşçilərin İdmanı üzrə Balkan Assosiasiyasının vitse-prezidenti Desislava Yagodin və Varna şəhərinin meri Blagomir Kotsev tərəfindən kubok və medallarla təltif olunublar.


Beynəlxalq yarış təhsil işçiləri arasında sağlam həyat tərzinin təşviqində, eləcə də həmkarlar ittifaqı üzvləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında mühüm rol oynayır.


Qeyd edək ki, 2004-cü ildən etibarən keçirilən bu yarışlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş respublika idman yarışlarında yüksək nəticələr göstərərək seçilmiş ittifaq üzvləri iştirak edirlər.

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər

News Image

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər


Bolqarıstanın Albena şəhərində Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirakı ilə Müəllimlərin XXII Yay İdman Oyunları keçirilir.


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) üzvləri də bu beynəlxalq yarışlarda iştirak edirlər.


Azərbaycan təmsilçiləri mini-futbol, stolüstü tennis, basketbol, çimərlik voleybolu və şahmat olmaqla 5 idman növündə mübarizə aparırlar.


Avqustun 27-28-də keçirilən yarışlarda ittifaq üzvlərimiz bir sıra uğurlu nəticələr əldə ediblər.


Mini-futbol üzrə komandamız qrup mərhələsini 6 xalla başa vuraraq yarımfinala yüksəlib. Yarımfinalda Bolqarıstanın “Vraça” komandasını 3:1 hesabı ilə məğlub edən təmsilçilərimiz finala vəsiqə qazanıblar.


Stolüstü tennis üzrə qadın və kişi komandalarımız da qrup mərhələsində keçirdikləri bütün qarşılaşmalarda qələbə qazanıblar. Qadınlardan ibarət komandamız 6 xalla, kişilərdən ibarət komandamız isə 8 xalla qrup mərhələsini lider kimi başa vuraraq final mərhələsinə yüksəliblər.


Şahmat üzrə fərdi yarışlarda Şəmkir rayon Kimya-biologiya təmayüllü liseyin müəllimi Bünyad Əsgərov I yeri tutub. O, həlledici qarşılaşmada Polşanın “ZNP” komandasının təmsilçisinə qalib gələrək yarışın qalibi olub.


Qeyd edək ki, Müəllimlərin Yay İdman Oyunları 2004-cü ildən etibarən ənənəvi olaraq hər il Bolqarıstanda keçirilir. Oyunlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümlərinə həsr edilən ölkədaxili idman yarışlarında yüksək nəticələr göstərərək münsiflər heyəti tərəfindən seçilən ittifaq üzvlərimiz iştirak edirlər.


Yarışlar avqustun 30-dək davam edəcək.

Şabran Peşə Məktəbinin ittifaq üzvləri üçün Qubaya ekskursiya təşkil olunub

News Image

Şabran Peşə Məktəbinin ittifaq üzvləri üçün Qubaya ekskursiya təşkil olunub

ETİHİ Şabran Rayon Komitəsinin təşkilatçılığı ilə 25 iyul 2026-cı il tarixində Şabran Peşə Məktəbinin bir qrup həmkarlar ittifaqı üzvünün asudə vaxtının səmərəli təşkili məqsədilə Quba rayonunda yerləşən Aysu Village istirahət mərkəzinə ekskursiya təşkil olunub.

Ekskursiyanın əsas məqsədi təhsil işçilərinin istirahətinin təşkili, onların sosial rifahının yüksəldilməsi, həmkarlar arasında qarşılıqlı ünsiyyətin və kollektiv ruhun gücləndirilməsi olub. İştirakçılar gün ərzində istirahət mərkəzinin təqdim etdiyi şəraitdən yararlanaraq xoş və yaddaqalan anlar yaşayıblar.

Tədbir iştirakçıları onlar üçün yaradılan yüksək səviyyəli şəraitə görə ETİHİ Respublika Komitəsinə və ekskursiyanın təşkilində əməyi olan ETİHİ Şabran Rayon Komitəsinə dərin minnətdarlıqlarını bildirərək, bu cür sosial yönümlü tədbirlərin davamlı keçirilməsinin təhsil işçilərinin motivasiyasına və asudə vaxtlarının səmərəli təşkilinə mühüm töhfə verdiyini qeyd ediblər.

Şabran şəhər 5 nömrəli tam orta məktəbin ittifaq üzvləri üçün Quba rayonuna ekskursiya təşkil olunub

News Image

Şabran şəhər 5 nömrəli tam orta məktəbin ittifaq üzvləri üçün Quba rayonuna ekskursiya təşkil olunub

ETİHİ Şabran Rayon Komitəsinin təşkilatçılığı ilə 24 iyul 2026-cı il tarixində Şabran şəhər 5 nömrəli tam orta ümumtəhsil məktəbinin bir qrup ittifaq üzvünün asudə vaxtının səmərəli təşkili məqsədilə Quba rayonunun Qırızdəhnə kəndində yerləşən Grotto İstirahət Mərkəzinə ekskursiya təşkil olunub.

Ekskursiyanın əsas məqsədi təhsil işçilərinin səmərəli istirahətinin təmin edilməsi, onların sosial rifahının dəstəklənməsi və kollektiv üzvləri arasında həmrəyliyin daha da möhkəmləndirilməsi olub. İştirakçılar təbiətin füsunkar mənzərəsi ilə seçilən istirahət mərkəzində xoş və yaddaqalan vaxt keçirərək yaradılan şəraitdən razılıqlarını ifadə ediblər.

Təhsil işçiləri göstərilən diqqət və qayğıya, eləcə də ekskursiyanın yüksək səviyyədə təşkilinə görə ETİHİ Respublika Komitəsinə dərin təşəkkürlərini bildirərək, bu cür sosial yönümlü tədbirlərin davamlı keçirilməsinin əhəmiyyətini vurğulayıblar.

Şabran UGİM-in ittifaq üzvləri üçün Qusar rayonuna ekskursiya təşkil olunub

News Image

Şabran UGİM-in ittifaq üzvləri üçün Qusar rayonuna ekskursiya təşkil olunub

ETİHİ Şabran Rayon Komitəsinin təşkilatçılığı ilə 19 iyul 2026-cı il tarixində Şabran Uşaq-Gənclər İdman Məktəbinin (UGİM) bir qrup ittifaq üzvünün asudə vaxtının səmərəli təşkili məqsədilə Qusar rayonunda yerləşən “Ay İşığı” İstirahət Mərkəzinə ekskursiya təşkil olunub.

Ekskursiya iştirakçıların istirahətinin səmərəli təşkili, kollektiv həmrəyliyinin möhkəmləndirilməsi və əməkdaşlar arasında xoş ünsiyyət mühitinin yaradılması baxımından böyük maraqla qarşılanıb. Tədbir iştirakçıları istirahət mərkəzində yaradılmış əlverişli şəraitdən məmnun qaldıqlarını bildirərək, bu cür sosial layihələrin həm motivasiyanın artırılmasına, həm də kollektiv münasibətlərinin daha da güclənməsinə mühüm töhfə verdiyini qeyd ediblər.

Təhsil işçiləri göstərilən diqqət və qayğıya, eləcə də yaradılan şəraitə görə ETİHİ Respublika Komitəsinə dərin minnətdarlıqlarını ifadə edərək, belə təşəbbüslərin gələcəkdə də davam etdirilməsini arzulayıblar.

Şabran rayonundan Qusarın "Ay İşığı" İstirahət Mərkəzinə ekskursiya təşkil olunub

News Image

Şabran rayonundan Qusarın "Ay İşığı" İstirahət Mərkəzinə ekskursiya təşkil olunub

ETİHİ Şabran Rayon Komitəsinin təşkilatçılığı ilə 12 iyul 2026-cı il tarixində Şabran rayonu Səməndər Musayev adına Uzunboyad kənd tam orta ümumtəhsil məktəbinin bir qrup həmkarlar ittifaqı üzvünün asudə vaxtının səmərəli təşkili məqsədilə Qusar rayonunda yerləşən "Ay İşığı" İstirahət Mərkəzinə ekskursiya təşkil olunub.

Ekskursiya iştirakçıları gün ərzində istirahət edərək bölgənin füsunkar təbiətindən zövq alıb, səmimi ünsiyyət şəraitində xoş vaxt keçiriblər. Tədbir həm təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili, həm də kollektiv üzvləri arasında həmrəyliyin və əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsinə xidmət edib.

Ekskursiya iştirakçıları onlar üçün yaradılmış yüksək şəraitə və göstərilən diqqətə görə ETİHİ Respublika Komitəsinə dərin minnətdarlıqlarını bildiriblər.

Şabran rayonunun təhsil işçiləri üçün Qubaya ekskursiya təşkil olunub

News Image

Şabran rayonunun təhsil işçiləri üçün Qubaya ekskursiya təşkil olunub

ETİHİ Şabran Rayon Komitəsinin təşkilatçılığı ilə 05 iyul 2026-cı il tarixində Şabran rayonunun Çayqaraqaşlı kənd ümumi orta ümumtəhsil məktəbinin bir qrup ittifaq üzvünün asudə vaxtının səmərəli təşkili məqsədilə Quba rayonundakı istirahət mərkəzlərindən birinə ekskursiya təşkil olunub.

Ekskursiya iştirakçıları gün ərzində Qubanın füsunkar təbiəti ilə tanış olub, istirahət edərək xoş və yaddaqalan anlar yaşayıblar. Tədbir həm təhsil işçilərinin asudə vaxtının səmərəli təşkilinə, həm də onların sosial rifahının və motivasiyasının artırılmasına xidmət edib.

Ekskursiyada iştirak edən təhsil işçiləri onlar üçün yaradılan şəraitə və göstərilən diqqətə görə ETİHİ Respublika Komitəsinə səmimi minnətdarlıqlarını bildirərək, bu cür sosial layihələrin davamlı olmasının əhəmiyyətini vurğulayıblar.

ETİHİ Şabran Rayon Komitəsi tərəfindən təhsil müəssisələri rəhbərləri üçün ekskursiya təşkil olunub

News Image

ETİHİ Şabran Rayon Komitəsi tərəfindən təhsil müəssisələri rəhbərləri üçün ekskursiya təşkil olunub

ETİHİ Şabran Rayon Komitəsinin təşkilatçılığı ilə 4 iyul 2026-cı il tarixində Şabran rayonunun təhsil müəssisələrinin rəhbərləri olan bir qrup ittifaq üzvünün asudə vaxtlarının səmərəli təşkili məqsədilə Qusar rayonunda yerləşən “Starıy Dvor” İstirahət Mərkəzinə ekskursiya təşkil olunub.

Ekskursiya iştirakçıları istirahət mərkəzində yaradılan əlverişli şəraitdən məmnunluq ifadə edib, asudə vaxtlarını səmərəli keçirib və istirahət imkanı əldə edib.

Təhsil işçiləri göstərilən diqqət və qayğıya, yaradılan şəraitə görə ETİHİ Respublika Komitəsinə dərin minnətdarlıqlarını bildirib.

ETİHİ Şabran Rayon Komitəsi tərəfindən təhsil işçiləri üçün növbəti ekskursiya təşkil olunub

News Image

ETİHİ Şabran Rayon Komitəsi tərəfindən təhsil işçiləri üçün növbəti ekskursiya təşkil olunub

ETİHİ Şabran Rayon Komitəsinin təşkilatçılığı ilə 2 iyul 2026-cı il tarixində Şabran şəhər Roman Yusifov adına 2 nömrəli texniki fənlər təmayüllü məktəb-liseyin bir qrup həmkarlar ittifaqı üzvünün asudə vaxtının səmərəli təşkili məqsədilə Qusar rayonunda yerləşən Rancho İstirahət Mərkəzinə ekskursiya təşkil olunub.

Ekskursiya iştirakçıları istirahət mərkəzində yaradılan əlverişli şəraitdən məmnunluq ifadə edib, asudə vaxtlarını səmərəli şəkildə keçirib və xoş istirahət imkanı əldə edib.

Təhsil işçiləri göstərilən diqqət və qayğıya, yaradılan şəraitə görə ETİHİ Respublika Komitəsinə dərin minnətdarlıqlarını bildirib.

ETİHİ Şabran Rayon Komitəsi tərəfindən təhsil işçiləri üçün ekskursiya təşkil edilib

News Image

ETİHİ Şabran Rayon Komitəsi tərəfindən təhsil işçiləri üçün ekskursiya təşkil edilib

ETİHİ Şabran Rayon Komitəsinin təşkilatçılığı ilə 1 iyul 2026-cı il tarixində Şabran rayon Dəvəçikənd kənd tam orta ümumtəhsil məktəbinin bir qrup həmkarlar ittifaqı üzvünün asudə vaxtının səmərəli təşkili məqsədilə Quba rayonunda yerləşən Qədim Quba İstirahət Mərkəzinə ekskursiya təşkil edilib.

Ekskursiya iştirakçıları istirahət mərkəzində yaradılan əlverişli şəraitdən məmnunluq ifadə edib, asudə vaxtlarını səmərəli keçirib, həmkarları ilə xoş ünsiyyət qurub və istirahət etmək imkanı əldə edib.

Təhsil işçiləri onlar üçün göstərilən diqqət və qayğıya, yaradılan yüksək səviyyəli istirahət şəraitinə görə ETİHİ Respublika Komitəsinə dərin təşəkkürlərini ifadə edib, bu cür sosialyönümlü tədbirlərin davamlı keçirilməsini yüksək qiymətləndirib.

Şabranlı təhsil işçiləri üçün növbəti istirahət ekskursiyası təşkil olunub

News Image

Şabranlı təhsil işçiləri üçün növbəti istirahət ekskursiyası təşkil olunub

ETİHİ Şabran Rayon Komitəsinin təşkilatçılığı ilə 30 iyun 2026-cı il tarixində Şabran rayon Elman Mütəllimov adına Ağalıq kənd tam orta ümumtəhsil məktəbinin bir qrup həmkarlar ittifaqı üzvünün asudə vaxtının səmərəli təşkili məqsədilə Quba rayonunda yerləşən Aynur İstirahət Mərkəzinə ekskursiya təşkil olunmuşdur.

Ekskursiya iştirakçıları istirahət mərkəzində yaradılmış əlverişli şəraitdən məmnun qalmış, asudə vaxtlarını səmərəli keçirmək, dincəlmək və həmkarları ilə xoş ünsiyyət qurmaq imkanı əldə etmişlər.

Təhsil işçiləri göstərilən diqqət və qayğıya, eləcə də yaradılmış yüksək səviyyəli istirahət şəraitinə görə ETİHİ Respublika Komitəsinə dərin təşəkkürlərini bildirmiş, bu cür sosialyönümlü tədbirlərin davamlı keçirilməsini yüksək qiymətləndirmişlər.